Azərbaycan BMT-də mina qurbanları və itkin düşən şəxslərlə bağlı məsələləri gündəmə gətirib.
Bizim.Media xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev BMT Baş Assambleyasının Altıncı Komitəsində çıxışı zamanı ölkəmizin beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə və normalarına sadiqliyini bir daha təsdiqləyib.
Diplomat mina və müharibənin digər partlayıcı qalıqları səbəbindən Azərbaycanda mülki şəxslərin ölməsi və yaralanması hallarının davam etdiyinə diqqət çəkib. O, həmçinin keçmiş münaqişə ilə əlaqədar taleyi hələ də məlum olmayan minlərlə azərbaycanlının məsələsini gündəmə gətirib.
Komitəyə keçmiş işğalçı rejimin hərbi komandirləri və rəhbərlərinin münaqişə zamanı törədilmiş əməllərə görə cinayət məsuliyyətinə cəlb olunması və məhkum edilməsi barədə də məlumat verilib. Bildirilib ki, bu əməllərin əksəriyyəti beynəlxalq hüquqa əsasən ağır cinayətlər təşkil edir.
Səfir Tofiq Musayev həmin şəxslərin azadlığa buraxılmasına dair çağırışların əsassız olduğunu və beynəlxalq hüquqa ziddiyyət təşkil etdiyini vurğulayıb.
Diplomat qeyd edib ki, bu cür cinayətlər ümumbəşəri dəyərlərə qarşı yönəlib və heç bir dövlət onların törədilməsində təqsirli olan şəxsləri məsuliyyətdən azad etmək və ya cinayətlərin hüquqi nəticələrini nəzərə almamaq hüququnu öz üzərinə götürə bilməz.
O, beynəlxalq ictimaiyyəti cəzasızlığa qarşı mübarizədə, qurbanların, sağ qalanların və onların ailələrinin müdafiəsində qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb.
Tofiq Musayev vurğulayıb ki, sülh və məsuliyyət bir-birinə zidd məqsədlər deyil. Ədalət həqiqətin üzə çıxarılmasına, tarixi yaddaşın qorunmasına, faktların inkarı və təhrifinin qarşısının alınmasına, eləcə də həqiqi barışıq üçün zəmin yaradılmasına xidmət edir.
In his statement on agenda item 81 (“Status of the Protocols Additional to the Geneva Conventions of 1949 and relating to the protection of victims of armed conflicts”) at the UNGA Sixth Committee, Amb. @TofigMusayev, Permanent Representative of Azerbaijan to the @UN, reaffirmed Azerbaijan’s firm commitment to the fundamental principles and rules of international humanitarian law. He drew attention to the continued deaths and injuries among civilians in Azerbaijan caused by landmines and other explosive remnants of war, as well as to the fate of thousands of Azerbaijanis who remain missing in connection with the former conflict. The Committee was also informed about the prosecution and conviction of military commanders and leaders of the former occupation regime for offences committed during the conflict, most of which constitute serious crimes under international law. It was underscored that calls for their release are unfounded and contrary to international law. Amb. Musayev stressed that, as such crimes constitute attacks on universal values, no State should arrogate to itself the right to absolve their perpetrators or disregard the legal consequences of their crimes. The international community must remain steadfast in opposing impunity and standing with victims, survivors and their families. Peace and accountability are not competing objectives. Justice helps establish the truth, preserve the historical record, counter denial and revisionism, and provide a foundation for genuine reconciliation.
— Azerbaijan UN (@AzmissionUN) October 19, 2026
Bizim.Media





























































































