Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Hazırda oxunan: Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

643144

Oktyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Arkadağ şəhərində yerləşən Qurbanqulu Berdiməhəmmədov adına Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Bizim.Media xəbər verir ki, ziyarət zamanı Leyla Əliyevaya mərkəzdə uşaqların sağlamlığının qorunması, fiziki inkişafının dəstəklənməsi və reabilitasiyası istiqamətində həyata keçirilən layihə və xidmətlər barədə ətraflı məlumat verilib.
 

Mərkəzin masaj və oyun otaqları, habelə müasir reabilitasiya bölmələri ilə tanışlıq zamanı mərkəzin fəaliyyətinin beynəlxalq standartlara, tibb elminin son nailiyyətlərinə və müasir bərpa-müalicə avadanlıqlarına əsaslandığı qeyd olunub. Burada fiziki imkanları məhdud uşaqların tam reabilitasiyası və cəmiyyətə uğurlu inteqrasiyası üçün bütün zəruri şərait yaradılıb.


Xüsusi tərtibatla hazırlanan oyun otaqları isə uşaqların asudə vaxtlarının səmərəli təşkilinə, ünsiyyət bacarıqlarının formalaşmasına və psixoloji gərginliyin aradan qaldırılmasına xidmət edir. Yaradılan şərait uşaqların özlərini rahat və təhlükəsiz hiss etmələrinə, daxili potensiallarını üzə çıxarmalarına imkan verir.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin