UEFA FİFA-dan HESABAT tələb etdi

Hazırda oxunan: UEFA FİFA-dan HESABAT tələb etdi

643153

UEFA FİFA-dan bir sıra mübahisəli qərarlarla bağlı izahat verməyi tələb edib. Quruma sualları cavablandırması və müvafiq sənədləri təqdim etməsi üçün noyabrın 2-dək vaxt verilib.

Bizim.Media xəbər verir ki, bu barədə “BBC Sport” məlumat yayıb.

Dərc olunan səkkiz səhifəlik sənəddə FİFA-nın FİFA Forward Enterprise (FFE) layihəsinə özəl investisiyaların cəlb edilməsi, Sülh mükafatı və son dünya çempionatında ABŞ millisinin hücumçusu Folarin Baloqunun şərti cəzadan azad edilməsi ilə bağlı mübahisəli qərar yer alıb.
 

Cümə axşamı FİFA Şurasının iclasında qurumun prezidenti Canni İnfantino dünya çempionatının kommersiya məqsədilə istifadəsinə dair planına görə üzr istəyib. Lakin təşəbbüsün necə hazırlandığı barədə ətraflı açıqlama verməyib.


UEFA bildirib ki, cavablar gecikdirilmədən təqdim olunmalıdır və məsələni FİFA Şurasının növbəti iclasınadək təxirə salmaq olmaz. Gələcək islahatlar əvvəlki qərarların araşdırılmasını və məsul şəxslərin müəyyənləşdirilməsini əvəz edə bilməz.

UEFA tələblər yerinə yetirilmədiyi təqdirdə hansı addımları atacağını açıqlamayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin