Maqsud Babayev vəfat etdi

Hazırda oxunan: Maqsud Babayev vəfat etdi

643087

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Maqsud Babayev vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

M.Babayev 74 yaşında dünyasını dəyişib. Mərhum 2021-ci ildən BDU-da müəllim işləyirdi.

O, 2001-2007-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər dənizinin ətraf mühitinin və bioloji sərvətlərinin mühafizəsi bölməsinin rəhbəri, 2007-2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin rəisi, 2008-2014-cü illərdə ARDNŞ-in "Ekol Mühəndislik Xidmətləri" QSC-də Səyyar Monitorinq Xidmətinin rəisi, 2014-2018-ci illərdə "Azərsu" ASC-də Texnoloji proseslərə və suyun keyfiyyətinə nəzarət şöbəsinin rəisi, baş texnoloq vəzifələrində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin