“TikTok”dan İlon Maskla bağlı QADAĞA

Hazırda oxunan: “TikTok”dan İlon Maskla bağlı QADAĞA

643126

TikTok milyarder İlon Mask haqqında sənədli filmi tanıdan reklam hesabını platformanın siyasi məzmunla bağlı qaydalarının dəfələrlə pozulması səbəbindən həmişəlik bloklayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Hollywood Reporter” nəşri məlumat yayıb.

Məlumata görə, filmin distribütoru “Bleecker Street” şirkəti artıq bloklanma barədə bildiriş alıblar. Qərar şirkətin filmə aid reklamlar yerləşdirmək və paylaşımların ödənişli təşviqini həyata keçirmək imkanını məhdudlaşdırıb.
 

Bununla belə, sənədli filmin TikTok-dakı adi, pulsuz hesabı fəaliyyətini davam etdirir. Beləliklə, paylaşımlar platformada əlçatan olaraq qalır, lakin onların ödənişli reklamı mümkün deyil.


“Bleecker Street” şirkətinin nümayəndəsi bloklanmanı təsdiqləyib və qərarın verildiyi vaxta görə məyusluğunu ifadə edib. Hazırda filmin Şimali Amerikada nümayişi 470-dən çox kinoteatrı əhatə edir.

Şirkət TikTok-un qərarından şikayət vermək niyyətindədir. Platformanın hansı konkret pozuntuları əsas götürdüyü isə açıqlanmayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin