Göldə qızıl külçə tapdı - 6 ay sonra sahibi oldu

Hazırda oxunan: Göldə qızıl külçə tapdı - 6 ay sonra sahibi oldu

643095

Almaniyanın Bavyera əyalətində yerləşən Königssee gölündə üzən 16 yaşlı qız suyun dibindən təxminən 500 qram ağırlığında qızıl külçə tapıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, gənc qız gördüyü təxminən 18 min 500 dollar dəyərində olan qızılı sudan çıxararaq dərhal polisə təhvil verib. 

Polis əməkdaşları qızılın həqiqi sahibini tapmaq üçün araşdırmalara başlayıblar. Üzərində Degussa markası olan külçənin keçmişi və seriya nömrəsi araşdırılıb.
 

Alman kriminal polisinin apardığı araşdırmalar zamanı külçənin üzərindəki identifikasiya nömrəsinin əvvəllər silindiyi, lakin mütəxəssislərin həmin nömrəni yenidən görünən hala gətirməyə nail olduqları bildirilib. Qızılın hər hansı cinayətlə əlaqəsi müəyyən edilməyib.


Gənc qızın polisə təhvil verdiyi qızıl külçə də 6 ay ərzində mühafizə altında saxlanılıb. Lakin heç kim ortaya çıxmadığı üçün 500 qramlıü külçə qanuni olaraq onu tapan qıza verilib. Qızılın gölə necə düşdüyü isə hələ də sirr olaraq qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin