Rumıniyada zəlzələ oldu - Təkanlar Ukraynada da hiss olundu

Hazırda oxunan: Rumıniyada zəlzələ oldu - Təkanlar Ukraynada da hiss olundu

643069

Bu gün, 19 oktyabr tarixində Rumıniyada baş verən zəlzələ Ukraynada – xüsusilə Odessa vilayətinin cənub hissəsindəki sakinlər tərəfindən hiss olunub.

Bizim.Media xəbər verir ki, Rumıniyanın Milli Yer Fizikası İnstitutunun məlumatına görə, yerli vaxtla saat 11:51-də Rumıniyanın Buzeu əyalətində, Vrança seysmik zonasında 4,8 maqnitudalı orta güclü zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 124,1 km dərinlikdə yerləşib, təkanların intensivliyi isə IV səviyyəyə çatıb.

Odessa vilayətinin cənubunda, xüsusilə İzmail rayonunda yaşayan sakinlər sosial şəbəkələrdə təkanları hiss etdiklərini bildiriblər. Reni, Kiliya və digər yaşayış məntəqələrinin sakinləri "güclü sarsıntı"dan bəhs edərək, "mebellərin titrədiyini" qeyd ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin