Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Papa XIV Leo və Ukrayna Prezidenti Volodimir Zelenski arasında da telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Vatican News” məlumat yayıb.
Danışıqlar zamanı Xerson vilayətinin Oleşki şəhərindəki vəziyyət müzakirə olunub.
Vatikanın bəyanatında bildirilib ki, Papa Rusiya prezidentinə daha əvvəl ünvanlanmış humanitar atəşkəs müraciətini xatırladaraq, tərəfləri humanitar yardımın çatdırılması üçün əməkdaşlığa çağırıb.
XIV Leo hər iki tərəfin əməkdaşlığının şəhərə ərzaq və tibbi yardımın çatdırılmasına, eləcə də mülki əhalinin könüllü və təhlükəsiz şəkildə təxliyəsinə imkan yaradacağına ümid etdiyini bildirib.
Bizim.Media





























































































