“Barselona”nın baş məşqçisi Hans Diter Flik “Real”ın yarımmüdafiəçisi Arda Gülerin İspaniya La Liqasının 9-cu turunda “Sevilya” ilə oyunda (4:1) iştirak etdiyi mübahisəli epizod barədə danışıb.
Bizim.Media xəbər verir ki, qarşılaşmanın 25-ci dəqiqəsində türkiyəli futbolçu meydanın mərkəzində rəqib yarımmüdafiəçisi Pekenin üzünə əl atıb.
VAR epizodu yoxlasa da, qayda pozuntusu qeydə almayıb.
Flik bu hadisə ilə bağlı suala qısa cavab verib: “Bu, mənim işim deyil”, - deyə o, “AS” nəşrinə bildirib.
Qeyd edək ki, 9 turdan sonra 27 xalı olan “Barselona” turnir cədvəlinə başçılıq edir. 21 xalla “Real” üçüncü, 14 xalı olan “Sevilya” isə altıncı pillədə qərarlaşıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:40 / 19.10.2026
Flik Arda Gülerin epizodunu şərh etməkdən YAYINDI
Hazırda oxunan: Flik Arda Gülerin epizodunu şərh etməkdən YAYINDI
Hazırda oxunan: Flik Arda Gülerin epizodunu şərh etməkdən YAYINDI
643136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































