Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi - FOTO

Hazırda oxunan: Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi - FOTO

643142

Rusiya ordusunun oktyabrın 18-dən 19-na keçən gecə Kiyevə endirdiyi raket zərbələri nəticəsində "Tərəzi" Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının ofisinə ziyan dəyib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Kiyev şəhəri, Vadım Hetman küçəsi, 1-B ünvanında yerləşən ofisin pəncərə konstruksiyaları və daxili hissələri dağılıb, avadanlıqlara zərər vurulub.

Assosiasiyanın prezidenti Cəlal Hüseynov bildirib ki, təşkilatın əməkdaşları arasında xəsarət alan olmayıb. Ofisə dəyən ziyan müəyyənləşdirilir.

Qeyd edək ki, "Tərəzi" Assosiasiyası Ukrayna və Azərbaycan arasında ticarət-iqtisadi, investisiya və işgüzar əlaqələrin inkişafı istiqamətində fəaliyyət göstərir.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin