Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI – Ronaldo və Messi zirvədədir

Hazırda oxunan: Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI – Ronaldo və Messi zirvədədir

643141

“Forbes” jurnalı 2026-cı ildə dünyanın ən çox qazanan futbolçularının reytinqini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, Siyahıya portuqaliyalı Kriştiano Ronaldo başçılıq edir.

Nəşrin hesablamalarına əsasən, “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldonun 2026/2027 mövsümündə ümumi gəliri 300 milyon dollar təşkil edəcək. Argentinalı Lionel Messi isə 145 milyon dollar gəlirlə ikinci pillədə qərarlaşıb.

 

Reytinqdə üçüncü yeri “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe tutub. Onun mövsüm ərzində 100 milyon dollar qazanacağı proqnozlaşdırılır. “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland 85 milyon dollar gəlirlə dördüncü, “Real Madrid”in braziliyalı futbolçusu Vinisius Junior isə 76 milyon dollarla beşinci yerdədir.


“Barselona”nın gənc ulduzu Lamin Yamal 55 milyon dollar gəlirlə altıncı pillədə qərarlaşıb. “Əl-Nəsr”in seneqallı hücumçusu Sadio Mane 54 milyon dollarla yeddinci, “Real Madrid”in ingiltərəli yarımmüdafiəçisi Cud Bellingem 45 milyon dollarla səkkizinci yerdədir.

“Bavariya”nın hücumçusu Harri Keyn 42 milyon dollar gəlirlə doqquzuncu, Türkiyənin “Trabzonspor” klubunda çıxış edən misirli futbolçu Məhəmməd Salah isə 40 milyon dollarla onuncu pillədə qərarlaşıb.

“Forbes”in məlumatına görə, dünyanın ən çox qazanan 10 futbolçusunun 2026/2027 mövsümündə ümumi gəliri 942 milyon dollar olacaq. Bu məbləğə futbolçuların maaşları, bonusları, sponsorluq müqavilələrindən və digər kommersiya fəaliyyətlərindən əldə etdikləri gəlirlər daxildir.

Reytinqdə Ronaldo və Messinin gəlirləri birlikdə 445 milyon dollar təşkil edir. Beləliklə, iki futbolçu ilk onluğun ümumi gəlirinin təxminən yarısını qazanacaq.

Nəşr gəlirləri hesablayarkən vergiləri və agent komissiyalarını nəzərə almayıb. Göstəricilər 2026/2027 mövsümü üçün proqnozlara əsaslanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin