Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olundu - FOTO

Hazırda oxunan: Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olundu - FOTO

643072

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahidə məntəqəsinin və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində, Lənkəran reydində sahildən 20 dəniz mili məsafədə ümumi çəkisi 8 kiloqram 600 qram olan narkotik vasitə, həmçinin bir kisədə 350 metr uzunluğunda sintetik tor aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin