Boşanma ərəfəsində aparıcının xanımı vəfat etdi

Hazırda oxunan: Boşanma ərəfəsində aparıcının xanımı vəfat etdi

631184

Türkiyəli xəbər aparıcısı Erhan Çelikin boşanma ərəfəsində olduğu həyat yoldaşı, həkim Özlem Gültekin vəfat edib.

Bizim.Media Axşam.az-a istinadən xəbər verir ki, Gültekin İzmirdə öz klinikasında olduğu zaman qəfil halı pisləşib.
 

Yanında olan həmkarları tərəfindən ona ilkin tibbi yardım göstərilib. Lakin bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Gültekinin ölüm səbəbinin ağır infarkt olduğu bildirilib.


Qeyd edək ki, Erhan Çelik və Özlem Gültekin 2019-cu ildə evlənib. Cütlüyün 2020-ci ildə Ali Boran adlı oğlu dünyaya gəlib Bir müddətdir fikir ayrılıqları və anlaşılmazlıqlar yaşadığı bildirilən cütlüyün qarşılıqlı şəkildə məhkəmədə boşanma iddiası qaldırdığı bəlli idi.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin