Xəbər verildiyi kimi, tanınmış rep ifaçısı Elşad Xosenin səhhətində ciddi problemlər yarandığı və bir neçə gün əvvəl Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi iddia olunur.
Məlumata görə, ifaçının vəziyyətinin ağır olduğu bildirilir.
İddiaların həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.
Qurumun rəsmisi Elvin Hacıyev Bizim.Media-ya açıqlamasında Elşad Xosenin Psixiatriya Xəstəxanasına yerləşdirilməsi barədə məlumatı nə təsdiqləyib, nə də təkzib edib.
O bildirib ki, qanunvericiliyə əsasən şəxsin psixi sağlamlığı, o cümlədən psixiatriya və narkoloji xidmətlərdən istifadə etməsi ilə bağlı məlumatlar tibbi sirr hesab olunur və məxfiliyi dövlət tərəfindən qorunur.
“Bu səbəbdən hər hansı şəxsin psixiatriya və ya narkoloji tibb müəssisəsində qeydiyyatda olub-olmaması barədə məlumat üçüncü şəxslərə və ya kütləvi informasiya vasitələrinə təqdim edilə bilməz. Belə məlumatlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda, şəxsin öz razılığı ilə və ya məhkəmə, istintaq və digər səlahiyyətli dövlət orqanlarının qanuni tələbi əsasında açıqlana bilər”, — deyə qurum rəsmisi qeyd edib.
Alçina Amilqızı, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
13:55 / 28.07.2026
Elşad Xosenin Psixiatriya xəstəxanasına yerləşdirilməsi iddiasına Səhiyyə Nazirliyindən CAVAB
Hazırda oxunan: Elşad Xosenin Psixiatriya xəstəxanasına yerləşdirilməsi iddiasına Səhiyyə Nazirliyindən CAVAB
Hazırda oxunan: Elşad Xosenin Psixiatriya xəstəxanasına yerləşdirilməsi iddiasına Səhiyyə Nazirliyindən CAVAB
627962
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































