İrina Şeyk özündən 11 yaş kiçik basketbolçu ilə eşq yaşayır?

Hazırda oxunan: İrina Şeyk özündən 11 yaş kiçik basketbolçu ilə eşq yaşayır?

627952

Dünyaca məşhur supermodel İrina Şeyk amerikalı basketbolçu Devin Bukerlə münasibətdə olması barədə yayılan iddialarla yenidən gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Məlumata görə, 40 yaşlı model və 29 yaşlı basketbolçu həftəsonu ABŞ-ın Long-Aylend bölgəsində yerləşən Hamptons kurortunda birlikdə görüntüləniblər.

İddiaların yayılmasına məşhurların həyatı ilə bağlı məlumatlar paylaşan Deuxmoi platforması səbəb olub. Mənbələrin sözlərinə görə, cütlük istirahət müddətində demək olar ki, bütün vaxtını birlikdə keçirib.
 

Bildirilir ki, bazar günü səhər İrina Şeyk və Devin Buker Şərqi Hamptondakı Tutto Caffe kafesindən birlikdə çıxarkən görülüblər. Daha sonra onlar məşhur Delilah klubunda təşkil olunan tədbirdə də birlikdə iştirak ediblər.


Sosial şəbəkələrdə yayılan görüntülərdə ikilinin səmimi söhbət etdiyi görünür.

Lakin hadisə şahidlərinin sözlərinə görə, gecə ərzində Devin Buker digər qadınlarla da flirt edib və bu vəziyyət İrina Şeykin narazılığına səbəb olub.

Xatırladaq ki, İrina Şeyk 2019-cu ilə qədər dörd il Hollivud aktyoru Bredli Kuperlə münasibətdə olub. Cütlüyün Lea de Sen adlı bir qızı var.

Devin Buker isə daha əvvəl təxminən iki il model Kendall Cennerlə sevgili olub. Onların münasibəti 2022-ci ilin sonunda başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin