“Dream Fest – 2026” beynəlxalq musiqi festivalı başa çatdı – FOTO

Hazırda oxunan: “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı başa çatdı – FOTO

627766

Xəzər dənizinin sahilindəki “Sea Breeze” kurort şəhərində bir neçə gün ərzində dünyanın tanınmış ifaçılarını və minlərlə musiqisevəri bir araya gətirən “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı başa çatıb.

Bizim.Media xəbər verir ki, əvvəlki tədbirlərdə olduğu kimi, festivalın yekun axşamı da artistlərin qırmızı xalçadan keçməsi ilə başlayıb. Sonra tamaşaçılara möhtəşəm konsert proqramı təqdim edilib.

Festival zamanı müxtəlif janrları təmsil edən və fərqli nəsillərə aid olan ifaçılar “Dream Fest”in səhnəsinə çıxıblar.

Onların arasında EMIN, JONY, Emre Altuğ, Alessandro Safina, Stas Mixaylov, John Newman, Ani Lorak, Jah Khalib, Merab Amzoevi, ANDRO, Ellai, Aygün Kazımova, Yeqor Krid, “Busta Rhymes”, “Ty Dolla $ign”, Cheb Khaled, EDIS, Zeynep Bastık, “Artik & Asti”, Lyusya Çebotina və bir çox başqaları var idi. İfaçıların çıxışları canlı səhnə quruluşları, musiqili premyeralar, birgə nömrələrlə müşayiət olunub və tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Ümumilikdə, “Dream Fest – 2026”da Azərbaycandan və xaricdən 50-dən çox sənətçi çıxış edib. Konsert proqramından əlavə, festivala yaradıcı ünsiyyət və beynəlxalq mədəni mübadilə platforması rolunu oynayan bir sıra mədəni tədbirlər də daxil idi.

“Dream Fest – 2026” beynəlxalq musiqi festivalı 23-26 iyul tarixlərində Xəzər dənizinin sahilindəki Sea Breeze kurort şəhərində keçirildi.

Festivalın üçüncü buraxılışı beynəlxalq ulduzları yenidən bir araya gətirib, tamaşaçılara dördgünlük genişmiqyaslı şoular, canlı musiqi və unudulmaz təcrübələr təqdim edib.
 

Festivalın final axşamı Xəzər dənizi sahilini işıqlandıran və dördgünlük musiqi marafonuna möhtəşəm kulminasiya nöqtəsi bəxş edən rəngarəng atəşfəşanlıqla başa çatıb.


Konsert axşamlarının moderatorları qismində Azərbaycanın Xalq artisti Murad Dadaşov və teleaparıcı Reqina Todorenko çıxış ediblər.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin