ABŞ-dakı dəbdəbəli malikanəsinə görə 2 milyon vergi borcu VAR - FOTO

Hazırda oxunan: ABŞ-dakı dəbdəbəli malikanəsinə görə 2 milyon vergi borcu VAR - FOTO

627713

Məşhur rusiyalı teleaparıcı Elena Malışevanın ABŞ-dakı dəbdəbəli malikanəsinə görə 2 milyon rubl məbləğində vergi borcu yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, ABŞ rəsmiləri ödənişi gözləyir, borc məbləği isə artmaqda davam edir.
 

Belə ki, teleaparıcı Nyu-Cersi ştatının nüfuzlu yaşayış məntəqəsi olan Alpindəki evi üçün nəzərdə tutulan iki rüblük ödənişi həyata keçirməyib. Nəticədə, faizlər də daxil olmaqla, ödənilməmiş borc məbləği 22 300 dollara çatıb. Əgər növbəti rüblük ödəniş avqustun 1-dək həyata keçirilməsə, borc daha 10 900 dollar artaraq 33 100 dollara yüksələcək.


Malışeva Alpindəki malikanəni hələ 2016-cı ildə "Lapetos Real Estate Inc." tikinti şirkətindən 6,4 milyon dollara almışdı. Sahəsi 917 kvadratmetr olan ev 0,8 hektarlıq ərazidə yerləşir və burada altı yataq otağı ilə on vanna otağı da daxil olmaqla, ümumilikdə 21 otaq mövcuddur. 2000-ci ildə inşa edilmiş bina klassik və barokko üslubu elementlərini özündə birləşdirən kolonial üslubda layihələndirilib. Evin küçə səviyyəsindəki panoramalarda görünməsinin qarşısını almaq məqsədilə xəritələrdəki təsviri bulanıqlaşdırılıb.

Məlumata görə, əmlakın vergi qiymətləndirməsi 2017-ci ildən bəri demək olar ki, dəyişməz qalaraq 5,02 milyon dollar səviyyəsində sabit qalıb.

Bununla yanaşı, illik vergi məbləği tədricən artıb. Belə ki, 2024-cü ildə bu rəqəm təxminən 41 000 dollar təşkil etdiyi halda, 2026-cı ilə qədər 43 000 dollara yaxınlaşıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin