İlon Mask Mel Gibsona film çəkilişi üçün 100 milyon dollar verəcək?

Hazırda oxunan: İlon Mask Mel Gibsona film çəkilişi üçün 100 milyon dollar verəcək?

627595

İlon Mask kino sənayesində yenidən diqqət mərkəzinə düşüb. Milyarder bu dəfə Homerin “Odisseya” əsərinin alternativ ekranlaşdırılması üçün maliyyə ayırmağa hazır olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, hər şey “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) bir istifadəçinin paylaşımından sonra başlayıb.

İstifadəçi Maskdan rejissor Mel Gibsonun rəhbərliyi ilə 100 milyon dollarlıq layihəni maliyyələşdirməyi təklif edib.
 

Təklifə əsasən, filmdə zirehlərdən və gəmilərdən tutmuş aktyor seçiminə qədər bütün detallar maksimum tarixi dəqiqliklə hazırlanmalı, dialoqlar isə Homerin dili olan qədim yunan dilində səsləndirilməli idi.


Səkkiz saat sonra Mask qısa cavab verib: “Mən varam” (“I'm down”).

Maskın qədim yunan eposuna marağı Kristofer Nolanın yeni “Odisseya” filmi ilə bağlı davamlı tənqidləri fonunda yaranıb. Dünyanın ən varlı şəxsi dəfələrlə filmin özü və aktyor heyəti barədə mənfi fikirlər səsləndirib.

Xüsusilə Mask “Troya Helenası” rolunu canlandıran qaradərili aktrisa Lupita Nyongoya və yunan döyüşçüsü Sinon obrazını oynayan transseksual aktyor Elliot Peycə görə tənqidlər edib.

Milyarder may ayında bildirib ki, Nolan kino mükafatları uğrunda mübarizəyə görə “dürüstlüyünü itirib”.

Bununla belə, Maskın tənqidləri filmin kommersiya uğuruna mane olmayıb:

ABŞ-da ilk həftəsonu gəlirləri – 124 milyon dollar;

Dünya üzrə ilk həftəsonu gəlirləri – 263,7 milyon dollar.

Bu göstərici Kristofer Nolanın karyerasında ən uğurlu debüt hesab olunur.

Rejissor əvəzinə süni intellekt?

Mel Gibsonla bağlı layihə həyata keçməsə, SpaceX rəhbərinin daha radikal planı da var. Mask bildirib ki, onun süni intellekt köməkçisi Grok Imagine “Odisseya” əsasında tamamilə tarixi baxımdan dəqiq film yarada bilər və bunu ilin sonunadək etmək mümkündür.

O, buna nümunə kimi neyroşəbəkə tərəfindən yaradılmış, Odissey və yüngül yunan aksenti ilə danışan Kalipso pərisi arasındakı dialoqu əks etdirən üç dəqiqəlik videonu paylaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin