Türkiyəli müğənni Gülşen bu dəfə musiqi fəaliyyəti ilə deyil, reklam anlaşması ilə gündəmə gəlib. Səhnə performansları, fərqli tərzi və cəsarətli geyimləri ilə tez-tez diqqət çəkən sənətçinin bir qəhvə markasının yeni reklam kampaniyasının siması olduğu bildirilib.
Bizim.Media xəbər verir ki, məlumata görə, Gülşen sözügedən marka üçün reklam filmi çəkilişlərində iştirak edib.
Yeni kampaniyanın yaxın günlərdə yayımlanacağı gözlənilir.
Maqazin kulislərində yayılan iddialara əsasən, məşhur müğənni bu əməkdaşlıqdan 20 milyon lirə qonorar əldə edib. Lakin müqavilənin maliyyə detalları ilə bağlı Gülşendən və ya reklam verən şirkətdən rəsmi açıqlama verilməyib.
Konsert proqramına davam edən Gülşen, son dövrlərdə həm səhnə çıxışları, həm də müxtəlif layihələri ilə medianın diqqət mərkəzində qalmaqda davam edir.
Bizim.Media







































































































