Özcan Dənizin ailəsində mülk DAVASI: Məhkəməlik oldular

Hazırda oxunan: Özcan Dənizin ailəsində mülk DAVASI: Məhkəməlik oldular

627255

Məşhur türkiyəli müğənni və aktyor Özcan Dənizin anası Kadriye Dəniz qızı Yurda Dənizlə məhkəməyə verib.

Bizim.Media xəbər verir ki, Kadriye Deniz, qızı və kürəkəni Murat Gürlerə qarşı prokurorluğa müraciət edərək, onların onun əmlakını qanunsuz olaraq mənimsədiklərini iddia edib.

Dənizin vəkili İrem Demir Kural şikayətdə müvəkkilinin xəstəliyi və müalicə prosesi səbəbindən fiziki və zehni qorunmaya ehtiyacı olduğunu bildirib.
 

“Psixoloji təzyiq, təhqir və fiziki hücuma məruz qalan müvəkkilin həyatını və fiziki toxunulmazlığını qorumaq üçün Yurda Dəniz və Murat Gürlerə qarşı istintaqın başlanmasını və ictimai ittihamın açılmasını tələb edirik” – deyə vəkil qeyd edib.


Qeyd edək ki, Yurda Dəniz anası Kadriye Dənizin xəstəliyi zamanı qardaşı Özcan Dənizi günahlandıran açıqlamalar vermişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin