Serenay Sarıkayanın yeni dövrü: 75 milyonluq müqavilə imzalayıb

Hazırda oxunan: Serenay Sarıkayanın yeni dövrü: 75 milyonluq müqavilə imzalayıb

627252

Məşhur türkiyəli aktrisa Serenay Sarıkayanın uzun müddətdir əməkdaşlıq etdiyi brendlərlə reklam müqavilələrini yenilədiyi və milyonlarla türk lirəsi dəyərində sövdələşmələr imzaladığı iddia edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məşhur aktrisanın təxminən 10 ildən sonra "Sevdiyim İnsanlar" filmi ilə böyük ekrana qayıtmağa hazırlaşdığı da irəli sürülüb.

İtaliya tətilindən sonra İstanbula qayıdan Serenay Sarıkaya həm reklam dünyasında, həm də aktyorluq karyerasında yeni addımlar atıb.
 

İddialara görə, aktrisa təmsil etdiyi bankla altıncı, cins şalvar brendi ilə isə on ikinci müqaviləsini imzalayıb. Xəbərlərdə Sarıkayanın bank reklamından 35 milyon, cins şalvar müqaviləsindən isə 40 milyon TL qazanacağı iddia edilir.


Reklam layihələrindən əlavə, yeni bir filmə də hazırlaşan Sarıkayanın təxminən 10 ildən sonra yenidən kinosevərlərlə görüşəcəyi deyilir.

Aktrisanın rejissor Doğuş Algünün "Sevdiyim insanlar" filmində baş rolu canlandıracağı və “Azra” obrazını canlandıracağı bildirilib.

Film, uzun illərdən sonra doğma şəhərinə qayıdan və ailəsi və keçmişi ilə qarşılaşan Azranın hekayəsini danışacaq.

Çəkilişlərə yaxın aylarda başlanılması planlaşdırılsa da, Serenay Sarıkaya sonuncu dəfə 2016-cı ildə nümayiş olunan "İkimizin yerine" filmində rol alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin