Tacir Şahmalıoğlu Bakıdan köçür

Hazırda oxunan: Tacir Şahmalıoğlu Bakıdan köçür

627111

Müğənni Tacir Şahmalıoğlu Bakıdan köçməyə hazırlaşdığını açıqlayıb.

Bizim.Media “axşam.az”a istinadla xəbər verir ki, sənətçi bu barədə "Evdəkilərə salam" verilişində danışıb.

O bildirib ki, yaxın aylarda Ağdama köçəcək:

"Oğlumun toyunun bitməsini gözləyirdim. Dövlət ev verir, köçlər başlayır. Yaxın aylarda mən də köçəcəyəm. Əvvəllər də Ağdamda yaşamışıq, hərdən Bakıya gəlib-getmişik. Amma indi Ağdamda yaşamaq istəyirəm. Oranın havası başqadır".

T.Şahmalıoğlu Ağdamda uzun illərdir reallaşdırmaq istədiyi arzunu da həyata keçirmək niyyətində olduğunu söyləyib:

"Çoxdankı arzum kiçik bir musiqi məktəbi açmaqdır. Bakıda bu mümkün deyil. Səs Qarabağ torpağında yetişir. Orada gözəl səslər yetişdirəcəyəm. Mənim artıq dərs demək yaşımdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin