Əməkdar artist, tanınmış muğam ifaçısı Elnarə Abdullayevanın ailəsinə ağır itki üz verib.
Bizim.Media xəbər verir ki, bu barədə Elnarə Abdullayeva sosial şəbəkə hesabında paylaşım edərək kədərini izləyiciləri ilə bölüşüb.
Belə ki, sənətçinin qardaşı Yaqub vəfat edib.
"Bəzən insan elə bir itki yaşayır ki, onu heç bir söz ifadə edə bilmir. Bu gün mən də həyatımın ən ağır acılarından birini yaşayıram. Gözümün nuru, canım qardaşım Yaqub bu dünyadan köçdü.
Sənin yoxluğunu qəbul etmək çox ağırdır. Sənin gülüşün, səsin, varlığın hər zaman qəlbimdə yaşayacaq. Kaş ki, zaman geri dönəydi, kaş ki, səni bir dəfə də olsun qucaqlaya, səsini bir dəfə də eşidə biləydim. Amma bilirəm ki, Allahın hökmü qarşısında hər birimiz acizik.
Əziz qardaşım, Allah sənə sonsuz rəhmət eləsin".

Bizim.Media

- A-
- A
- A+
Şoutaym
09:58 / 22.07.2026
Elnarə Abdullayevaya AĞIR İTKİ
Hazırda oxunan: Elnarə Abdullayevaya AĞIR İTKİ
Hazırda oxunan: Elnarə Abdullayevaya AĞIR İTKİ
626761
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































