Sosial şəbəkədə təhqir edilən aktrisa təzminat alacaq

Hazırda oxunan: Sosial şəbəkədə təhqir edilən aktrisa təzminat alacaq

626566

Məşhur tükiyəli aktrisa Nur Sürer sosial mediada onu təhqir etməkdə və şəxsi hüquqlarını pozmaqda günahlandırdığı Cahit Yüceerə qarşı mənəvi təzminat iddiasını qazanıb.

Bizim.Media xəbər verir ki, İstanbul Mülki Məhkəməsi işi qismən qəbul edib və Yüceerin 27 iyun 2021-ci il tarixindən etibarən hesablanan faizlərlə birlikdə Sürerə 2000 türk lirəsi məbləğində mənəvi təzminat ödəməsi barədə qərar verib.

Sürer əvvəllər Yüceerin eyni hadisə ilə bağlı açılmış cinayət işində "yazılı mesaj vasitəsilə açıq şəkildə təhqir etmək"də günahkar bilindiyini bildirmiş və 30.000 lirə təzminat tələb etmişdi.

Cavabdeh sözlərinin təhqiramiz olmadığını, sadəcə kobud olduğunu iddia edib və işin ləğv edilməsini istəyib. Məhkəmə kompensasiya iddiasını qismən təmin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin