Amerikalı rejissor və aktyor Mel Gibson "Məsihin Dirilməsi" (The Resurrection of the Christ) filminin ssenarisi üzərində işləyərkən ssenarist Rendall Uollesə diqqətçəkən xəbərdarlıq etdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Uolles bu barədə "Arroyo Grande" podkastında danışıb.
Onun sözlərinə görə, Gibson layihənin yalnız mənəvi məqsədlərlə həyata keçirildiyini vurğulayıb və daha sonra belə deyib: "Başa düşürsən ki, Şeytan sənin ardınca gələcək."
Bildirilib ki, Mel Gibson, Rendall Uolles və Donald Gibson filmin ssenarisi üzərində 6-8 il işləyiblər. Layihənin genişmiqyaslı olması səbəbindən ekran əsərinin iki hissədən ibarət olması qərara alınıb.
"Məsihin Dirilməsi: I hissə"nin 6 may 2027-ci ildə, "Məsihin Dirilməsi: II hissə"nin isə 25 may 2028-ci ildə nümayişə çıxacağı gözlənilir.
Mel Gibson bildirib ki, bu film onun həyatının ən vacib layihəsidir və onu sadəcə kino deyil, uzun illərdir yerinə yetirməyə çalışdığı bir missiya hesab edir.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
10:54 / 21.07.2026
Mel Gibsondan "Məsihin Dirilməsi" filmi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Mel Gibsondan "Məsihin Dirilməsi" filmi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Mel Gibsondan "Məsihin Dirilməsi" filmi ilə bağlı AÇIQLAMA
626544
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































