Uzun müddətdir efirdə görünməyən Əməkdar artist Səbinə Babayeva sənət fəaliyyətindəki fasilədən danışıb.
Bizim.Media xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi hər şeyə yenidən başladığını bildirib:
"Hər şeyi sıfırdan başlayıram. Bunun üçün enerjini toplamaq çox çətin idi. Bundan sonra tez-tez görünəcəyəm. Bəziləri elə bilir ki, hələ də Moskvada yaşayıram. Amma Rusiyadan artıq 2 ildən çoxdur ki, qayıtmışam".
S.Babayeva toy və şou-proqramlardan video paylaşmamasının səbəbini də açıqlayıb. O, bunu inkişafdan qalmaq kimi qiymətləndirdiyini bildirib:
"Mənə deyirlər ki, toydakı, şou-proqramdakı çıxışlarından niyə səhifəndə video paylaşmırsan? Çünki mən utanıram. Elə bilirəm ki, biz artıq böyük səhnələrdə, qastrollarda olmalıyıq. Toy, şou-proqram, ad günü, korporativ — bunların hamısı olub-keçib. İnkişaf etmək lazımdır. Demək ki, inkişaf yoxdur. Bizdə başqa biznes yoxdur. Heydər Əliyev Fondunun təşkil etdiyi gözəl konsertlər var, orada çıxış etmək istəyirəm. Restorandan paylaşım etmək istəmirəm". (axşam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
04:54 / 21.07.2026
"Toydan paylaşım etməyə utanıram"
Hazırda oxunan: "Toydan paylaşım etməyə utanıram"
Hazırda oxunan: "Toydan paylaşım etməyə utanıram"
626476
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































