Konsertdə azsaylı tamaşaçı görən müğənni təəccübləndi – VİDEO

Hazırda oxunan: Konsertdə azsaylı tamaşaçı görən müğənni təəccübləndi – VİDEO

626431

Türkiyənin Şərqi Anadolu bölgəsində yerləşən və ərik istehsalı ilə tanınan Malatya Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi 28-ci Beynəlxalq Mədəniyyət, İncəsənət və Ərik Festivalının açılış günündə səhnəyə çıxan müğənni Elif Buse Doğan konsert meydanında maraqlı vəziyyətlə üzləşib.

Bizim.Media xəbər verir ki, meydanda gözlədiyi izdihamı görmədikdə təəccübünü gizlədə bilməyib.
 

Konsert zamanı tamaşaçılara müraciət edən sənətçi, “Malatyalılar haradadır? Başqa konsert varmı?” sualını səsləndirib. Səhnə önündə olan izləyicilər isə zarafatla "Ərik yığmağa gediblər" cavabını veriblər.


Bu cavab qarşısında gülümsəyən Elif Buse Doğan “Kaş ki, onların işlərini bitirməyə kömək etsəydik ki, bu axşam konsertə gələ biləydilər” deyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin