Kəmalə Günəşli heç vaxt üzünü göstərmədiyi qızından danışdı: "Nə "TikTok", nə də "Instagram"ı var" - (Video)

Hazırda oxunan: Kəmalə Günəşli heç vaxt üzünü göstərmədiyi qızından danışdı: "Nə "TikTok", nə də "Instagram"ı var" - (Video)

626373

Müğənni Kəmalə Günəşli şəxsi həyatı ilə bağlı diqqət çəkən açıqlama verib.

Bizim.Media-nın məlumatına görə, sənətçi bildirib ki, indiyədək qızını qəsdən ictimaiyyətdən uzaq saxlayıb və onun sosial şəbəkələrdə görünməsinə icazə verməyib.

Kəmalə Günəşlinin sözlərinə görə, bir vaxtlar qızını izləyicilərinə göstərmək istəsə də, sonradan bu fikrindən daşınıb.

O, övladının sağlam və hər şeyin qaydasında olduğunu, lakin şəxsi həyatını göz önündə yaşamasını istəmədiyini vurğulayıb.

İfaçı qeyd edib ki, qızının nə "TikTok", nə də "Instagram" hesabı var və buna özü icazə verməyib. Oğlu isə oğlan olduğu üçün sosial mediada görünməsinə etiraz etmədiyini deyib.
 

Müğənni əlavə edib ki, qızı indiyədək heç bir televiziya proqramına çıxmayıb və onu məktəbdəki müəllimlər, sinif yoldaşları və qonşularından başqa demək olar ki, heç kim tanımır.


Kəmalə Günəşlinin bu etirafı sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər arasında geniş müzakirələrə səbəb olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin