Musiqi prodüseri Benni Blanko həyat yoldaşı Selena Qomezlə görüşmək üçün Atlantik okeanını gəmi ilə keçib. O, bu qərarı uzun illərdir davam edən uçuş qorxusuna görə verdiyini bildirib.
Bizim.Media xəbər verir ki, 38 yaşlı Blanko okeanın ortasında çəkdiyi videonu TikTok hesabında paylaşaraq üzərinə belə qeyd yazıb:
"Uçmaqdan qorxduğun üçün həyat yoldaşını görmək məqsədilə Atlantik okeanını demək olar ki, "Titanik" kimi keçəndə".
Paylaşımın şərh hissəsində isə o, "Sevgi naminə nələr etmirsən..." sözlərini yazıb.
Məlumata görə, Selena Qomez may ayından etibarən Londonda "Only Murders in the Building" serialının yeni mövsümünün çəkilişlərində iştirak edir. Bu müddət ərzində o, yalnız qısa müddətə Nyu-Yorka gedərək Teylor Svift və Trevis Kelsinin toy mərasimində iştirak edib.
Bir neçə həftə əvvəl müğənni sosial şəbəkədə həyat yoldaşı ilə birgə fotolarını paylaşaraq ona duyğusal mesaj ünvanlamışdı.
"Məsafə, sənin üçün çox dəyərli olan insan yanında olmayanda demək olar ki, heç nə ifadə etmir. Sənin üçün darıxmışam", – deyə Selena Qomez yazmışdı.
Benni Blanko daha əvvəl də uçmaqdan panik şəkildə qorxduğunu etiraf edib. O, 2024-cü ildə televiziya proqramlarından birində Avropaya yalnız gəmi ilə getdiyini bildirib və hətta belə səfərlərdən birində müğənni Ed Şiranla birlikdə gəmidə "Titanik" filmini izlədiklərini söyləyib.
Bizim.Media






































































































