72 yaşlı əfsanəvi aktyor və döyüş ustası Ceki Çan yeni filminin çəkilişləri çərçivəsində Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, aktyor məşhur "Tanrının zirehi" (Armour of God) franşizasının növbəti hissəsi olan "Armour of God 4: Ultimatum" filminin çəkilişlərində iştirak edəcək.
Filmin çəkilişləri paralel olaraq Qazaxıstan və Azərbaycanda aparılır.
Ceki Çan filmdə "Asiyalı Qırğı" (Asian Hawk) ləqəbli macəra axtaran obrazını canlandıracaq və o, 20 milyon dollardan çox mükafat qoyulan qədim "Tumar" artefaktını axtaracaq.
Hazırda çəkiliş qrupu Qazaxıstandadır, lakin Azərbaycan mediasında yayılan məlumatlara görə, Ceki Çanın Bakıya səfərinin avqustun əvvəlində baş tutacağı gözlənilir.
Bizim.Media




































































































