"Evdə Tək 2" filmindəki "Göyərçinli Qadın" rolu ilə tanınan Oskar mükafatı laureatı irlandiyalı aktrisa Brenda Friker 81 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Aktrisa dünən Dublində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Friker 1945-ci ildə Dublində anadan olub. Aktrisa olmazdan əvvəl İrlandiyanın "The Irish Times" qəzetində çalışıb, lakin 19 yaşında "Of Human Bondage" filmində rol alıb və bundan sonra karyerasını dəyişib.
Daha sonra aktrisa uzun illər Britaniya televiziyasında çalışıb və 1990-cı ildə Brenda Friker Oskar mükafatı qazanan ilk irlandiyalı qadın olub. O, "Mənim sol ayağım" dramındakı roluna görə "Ən yaxşı ikinci dərəcəli aktrisa" mükafatını qazanıb.


Melisa, Bizim.Media
































































































