Məşhur türkiyəli aktyor Oktay Kaynarca illər əvvəl "Kurtlar Vadisi" serialında canlandırdığı “Süleyman Çakır” obrazının hər il 8 apreldə anılmasına təəccübləndiyini bildirib.
Bizim.Media xəbər verir ki, O.Kaynarca “Murat Yeter’le Folk Sohbetleri” verilişində qonaq olarkən deyib.
Aktyor "Kurtlar Vadisi "ndə canlandırdığı “Süleyman Çakır” obrazının hələ də unudulmadığını və 8 aprel 2004-cü ildən bəri hər il ölümünün ildönümündə sosial mediada yenidən gündəmə gəldiyini, qiyabi cənazə namazı qılındığını və halva paylandığını bildirib:
“8 aprel səhəri oyanıram və görürəm ki, yenidən dünyanın sonudur, xaos baş qaldırır. Onların yaxınlarına başsağlığı verərək töhfə verirəm. Ölə bilmədim mən, sadəcə ölə bilmirəm”.



Bizim.Media






























































































