2016-cı ildə Bred Pitdən ayrıldıqdan sonra Ancelina Colinin şəxsi həyatı hər kəs üçün böyük bir sirr olaraq qalırdı. İllər ərzində mətbuatda onun adı müxtəlif şəxslərlə hallandırılsa da, Hollivud ulduzu bu barədə heç vaxt rəsmi açıqlama verməmişdi. Lakin aktrisa bu susqunluğunu nəhayət pozub.
Bizim.Media xəbər verir ki, "Yahoo Entertainment" nəşrinə müsahibə verən aktrisa artıq 10 ildir ki, həyatında heç kimin olmadığını və heç bir görüşə getmədiyini etiraf edib.
Yeni çəkildiyi "Kutyur" (Couture) filminin tanıtım kampaniyası çərçivəsində danışan 51 yaşlı Coli olduqca səmimi açıqlamalar verib:
"Düzünü desəm, on il əvvəl boşanmaq üçün məhkəməyə müraciət etdiyimdən bəri heç kimlə görüşə getməmişəm. Tamamilə uşaqlarıma və ailəmə diqqət yetirdiyim bir dövrdə şəxsi həyatımı prioritet etməməyi özümə aşılamışdım".
Aktrisa, onu "mənəvi olaraq bir az sındıran" ağır sınaqlardan keçdikdən sonra artıq həyata baxış bucağını dəyişməyə hazır olduğunu qeyd edib:
"Bəli, hər şey dəyişir, lakin tamamilə mənim gözlədiyimdən fərqli bir şəkildə. Özümü 51 yaşında hiss etmirəm və qocalıq haqqında düşünmək niyyətim yoxdur. Hesab edirəm ki, həyata yenidən başlamalıyam. Yenidən azad olmalıyam. Müəyyən mənada, həyat məni bir az sındırdı", — deyə ulduz vurğulayıb.
Ancelina Coli bütün bu illər ərzində tənha qaldığı halda, onun keçmiş həyat yoldaşı Bred Pit 2022-ci ildən bəri İnes de Ramon ilə rəsmi münasibətdədir.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
13:17 / 30.06.2026
Ancelina Colidən şok etiraf: Bred Pitdən sonra həyatımda heç kim olmayıb
Hazırda oxunan: Ancelina Colidən şok etiraf: Bred Pitdən sonra həyatımda heç kim olmayıb
Hazırda oxunan: Ancelina Colidən şok etiraf: Bred Pitdən sonra həyatımda heç kim olmayıb
622376
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































