"Bizim məqsədimiz müəllimləri işdən çıxarmaq deyil. Təhsilin keyfiyyəti müəllimin keyfiyyətindən yüksək ola bilməz."
Bizim.Media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, 30 baldan aşağı nəticə göstərən müəllimlərin dərs dediyi şagirdlərin də adətən zəif, hətta daha aşağı nəticələr göstərməsi müşahidə olunacaq.
Onun sözlərinə görə, bu səbəbdən həmin müəllimlərlə bağlı müvafiq tədbirlər görülməlidir.
Emin Əmrullayev qeyd edib ki, sertifikatlaşdırmada ümumi uğursuzluq nisbəti 9-da 1-dir və bu, kifayət qədər ədalətli göstəricidir. O vurğulayıb ki, yüksək nəticə göstərən müəllimlərlə birlikdə çalışaraq təhsildə daha yaxşı nəticələr əldə etmək mümkündür.
Nazirin sözlərinə görə, bu il daha 16 min 938 müəllim yeni fənlər üzrə sertifikatlaşdırma prosesinə cəlb olunub.
Emin Əmrullayev bildirib ki, 2026–2027-ci tədris ili üzrə müəllim heyəti üzrə orta aylıq əməkhaqqının 1030 manat olacağı gözlənilir. Sertifikatlaşdırmada yüksək nəticə göstərərək 35 faiz əməkhaqqı artımı alan 30 min 590 müəllimin orta aylıq əməkhaqqısı 1300 manat, 10 faiz əlavə alan 60 min 818 müəllimin orta aylıq əməkhaqqısı isə 1010 manat təşkil edəcək.
Sertifikatlaşdırmada iştirak etməyən və ya ilk cəhddə uğur qazana bilməyən 23 min 984 müəllim üzrə orta aylıq əməkhaqqının isə 770 manat olacağı ehtimal olunur.
Qeyd edək ki, tədbir bu gün ADA Universiterində baş tutub. Tədbir çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev tərəfindən müəllimlərin sertifikatlaşdırılması prosesinin 5 illik nəticələri, birinci dövriyyənin yekunu barədə təqdimat edilib.
Xədicə Paşayeva, Vüqar Ağayev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:47 / 30.06.2026
Emin Əmrullayev: “Məqsədimiz müəllimləri işdən çıxarmaq deyil”
Hazırda oxunan: Emin Əmrullayev: “Məqsədimiz müəllimləri işdən çıxarmaq deyil”
Hazırda oxunan: Emin Əmrullayev: “Məqsədimiz müəllimləri işdən çıxarmaq deyil”
622343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































