Məşhur müğənni və aktrisa Jennifer Lopez Los-Ancelesdə keçirilən “Netflix Is A Joke” festivalı çərçivəsində təşkil olunan “The Roast of Kevin Hart” xüsusi buraxılışında diqqətçəkən obrazı ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi tədbir üçün parlaq qırmızı libas seçib.
Libas onun bədən quruluşunu ön plana çıxarıb, dərin dekolte detalı ilə diqqət çəkib. Geyimdə ön hissədə qatlı büküm və ayaqları nümayiş etdirən yüksək yarıq da yer alıb.
Lopez obrazını qırmızı “Chanel” çantası və açıq burunlu bej səndəllə tamamlayıb. Stil üzərində stilistlər Rob Zanqardi və Mariel Henn çalışıblar.
Sənətçinin saç düzümü Daniel Priano tərəfindən hazırlanıb. Uzun qaynaq saçlar bel hissəsinə qədər uzanıb.
Vizajist Skott Barns isə üz cizgilərini nəzərə çarpdıran makiyaj edib və obraz tünd “aviator” eynəklərlə tamamlanıb.



Bizim.Media

- A-
- A
- A+
Şoutaym
14:25 / 12.05.2026
Cennifer Lopezdən cəsarətli obraz: Qırmızı libası ilə diqqət çəkdi – FOTO
Hazırda oxunan: Cennifer Lopezdən cəsarətli obraz: Qırmızı libası ilə diqqət çəkdi – FOTO
Hazırda oxunan: Cennifer Lopezdən cəsarətli obraz: Qırmızı libası ilə diqqət çəkdi – FOTO
612678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































