“Məni istəməyəni bağışlaya bilmirəm”

Hazırda oxunan: “Məni istəməyəni bağışlaya bilmirəm”

612520

Müğənni Xatirə İslam ətrafındakıların ona qarşı münasibətinin saxta olub-olmadığını asanlıqla hiss etdiyini bildirib.

Bizim.Media  xəbər verir ki, sənətçi bu barədə “İncə səhər” verilişində danışıb.

O, illər keçdikcə insanları daha yaxşı tanıdığını və səmimiyyətsiz münasibətləri dərhal hiss etdiyini bildirib:

“Məni sevən və sevməyən insanı yaxşı tanıyıram. Sevən insanın hər bir səhvi mənim üçün bal-şəkərdir. Amma məni istəməyən insanın səhvini qəlbimdə bağışlaya bilmirəm.
 

Salam Allah salamıdır, verə də bilərəm, ala da bilərəm. Lakin bu, qəlbimin dərinliyindən gəlmir. Məclisdə qucaqlayıb öpsən də, nə qədər "sən mənim canımsan" desən də, gözəl sözlərlə məni bəzəsən də, içimdə bilirəm ki, məni sevmirsən. O insanı necə sevə bilərəm?


Necə ki, qarşı tərəf yalandan salam verir, mən də salamını yalandan alıram. 15-20 yaşım olanda bunları unudurdum, amma indi elə deyil”. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin