Nikol Kidman və onun 17 yaşlı qızı Sandey Rouzun Met Gala 2026-da görünməsi gecənin ən çox müzakirə olunan məqamlarından birinə çevrilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” mənbələrə istinadən yazıb.
Ana və qız qırmızı xalçaya sanki “vahid cəbhə” kimi çıxıblar. Sandey Rouz ilk dəfə Met Gala tədbirində iştirak edib, Kidman isə parlaq geyimi ilə diqqət çəkib.
Lakin insayderlərin iddiasına görə, bu çıxış sadəcə dəb nümayişi deyil, həm də Kidmanın ayrıldığı həyat yoldaşı Kit Urbana ünvanlanmış simvolik mesaj olub.
“Onlar onu ailədən sıxışdırıb çıxarırlar”, - deyə Urbana yaxın mənbə bildirib.
Mənbənin sözlərinə görə, musiqiçi öz qızları tərəfindən hörmətsizliyə və rədd edilməyə məruz qaldığını hiss edir.
İnsayderlər ailədə vəziyyətin daha da gərginləşdiyini iddia edirlər. Onların sözlərinə görə, Sandey Rouz atasını “Instagram”da izləmədən çıxarıb, 15 yaşlı Feyt Marqaret isə ondan getdikcə daha çox uzaqlaşır.
Başqa bir mənbə bildirib ki, Met Gala səhnəsi Urban üçün çox ağrılı olub.
“Bu, Sandeyin ictimai bəyanatı idi. O, açıq şəkildə anasının tərəfindədir. Bu çıxış onun kimi seçdiyini göstərən 100 faizlik siqnal idi”, - deyə mənbə qeyd edib.
İnsayderin sözlərinə görə, Urban bu vəziyyəti ağır qəbul edib, baxmayaraq ki, sakitliyini qorumağa çalışıb.
“O bunu açıq işarə kimi gördü, amma yenə də orada olmaq istəyərdi. Qızının həyatındakı vacib anları qaçırdığı hissi onda qorxu yaradırdı”, - deyə mənbə bildirib.
Ailədəki gərginliyin mümkün səbəbi də müzakirə olunur. Urbanın çevrəsində iddia edirlər ki, onun Neşvilldə musiqi sənayesinin daha gənc nümayəndələri ilə əlaqələri olub və bu da qızları ilə konfliktin dərinləşməsinə səbəb ola bilər.
“Onlar tamamilə Nikolun tərəfindədirlər və indi Kit pis adamdır. O, qızlarını sevir, amma onlar ona çox qəzəblidirlər və onu günahlandırırlar”, - deyə mənbə bildirib.
Gərginliyi artıran başqa bir məqam isə Sandey Rouzun “Elle Australia”ya müsahibəsində atasından demək olar ki, danışmaması olub. O, əsas diqqəti anasına yönəldib.
“Mənim anam həmişə inanılmaz dərəcədə yaradıcı olub və həyatda əsas ilham mənbəyimdir. O, etdiyim hər şeyin əsas hissəsidir”, - deyə Sandey Rouz bildirib.
Mənbələrin sözlərinə görə, Urban cütlüyün ayrılmasından sonra qızları ilə ictimaiyyət qarşısında görünməyib. Kidmanla da artıq bir neçə aydır birlikdə görüntülənməyib.
Bununla belə, Urbanın ətrafı onun baş verənləri çox ağır yaşadığını bildirir.
“O, hazırda böyük ağrı keçirən insandır. Mən onu 20 ildir tanıyıram. Bu, onun üçün dəhşətli vəziyyətdir”, - deyə müğənniyə yaxın şəxs qeyd edib.
Mənbələr bildirirlər ki, bütün bu gərginliyə baxmayaraq, hər iki valideyn konflikti ictimai müstəviyə daşımamağa və uşaqları hüquqi, emosional çəkişmələrə cəlb etməməyə çalışır.
İddialara görə, Kidman hazırda əsas diqqətini qızlarına yönəldib və ayrılıqdan sonra onlarla yaxınlığını qorumağa çalışır.


Bizim.Media

- A-
- A
- A+
Şoutaym
19:40 / 11.05.2026
Nikol Kidmanın qızları ataları HAQDA: “O, artıq bizim üçün mövcud deyil” - FOTO
Hazırda oxunan: Nikol Kidmanın qızları ataları HAQDA: “O, artıq bizim üçün mövcud deyil” - FOTO
Hazırda oxunan: Nikol Kidmanın qızları ataları HAQDA: “O, artıq bizim üçün mövcud deyil” - FOTO
612490
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































