Buz altında qalan ümidlər...

Hazırda oxunan: Buz altında qalan ümidlər...

92957
Rusiya ilə ABŞ arasında gərginlik ən çox neft qiymətləri üzərində gedən rəqabətdə özünü göstərir. ABŞ nəyin bahasına olursa olsun, qiymətləri aşağı salıb Rusiyanı çətin vəziyyətə salmaq və iqtisadi tənəzzülə uğratmaq istəyir. Belə bir kritik zamanda isə Rusiya Şimali Buzlu okeanda öz mövqelərini gücləndirməyə çalışır.

“New York Times”x9d qəzetinin yazdığına görə, şimal qonşumuz Arktikada son zamanlar  10 tədqiqat stansiyası qurub. Bununla da kifayətlənməyib, SSRİ-dən qalan hərbi bazalarını yenidən bərpa edib və bölgədəki əsgəri varlığını gücləndirib. ABŞ isə Alyaskadakı 2 hərbi briqadasını geri çəkib. Birləşmiş Ştatların Arktikadakı donanması da yetərli manevr imkanına malik deyil. O, bu vəziyyəti ilə nəinki Rusiyadan, hətta bölgənin digər dövlətlərindən də geri qalır.

Qəzet daha sonra yazır:  “Bölgənin təhlükəsizliyi üçün investisiya lazımdır, ancaq siyasi müzakirələr, büdcə məhdudiyyətləri və bürokratiya səbəbiylə illərdir, Arktikaya investisiya qoyulmur. "

Bəlkə də, bir çoxlarımız “dünyanın indiki çağında Arktikaya bu qədər önəm verilməsinin mənası nədir?”x9d deyə, düşünə bilərik. Hesab edə bilərik ki, ABŞ nə etdiyinin fərqindədir. Rusiyada da bizdəki kimi korrupsioner hakimiyyət mövcuddur və bu hakimiyyətin “qara”x9d pulları təmizləmək üçün bəhanəyə ehtiyacı var. Böyük ehtimalla Aktrikanın soyuq suları və buzları “çirkli”x9d rus kapitalının üzünü yumaq üçün lazımdır.

Bölgədən uzaq Azərbaycan insanı üçün isti Bakı mühitindən Şimali Buzlu okean, həqiqətən də, belə görünə bilər. Amma bölgə ilə yaxından tanış olduqda Arktikanın Rusiya və digər şimal ölkələri üçün niyə bu qədər əhəmiyyət daşıdığının sirləri ortaya çıxır.

Təxminlərə görə, dünyanın bu “buzlu cəhənnəmi”x9dndə olduqca böyük həcmdə karbohidrogen ehtiyatları mövcuddur. Dünya qaz ehtiyatının 30%-indən çoxu, neft ehtiyatının isə 20%-inə qədərinin şimal qütbündəki buzların altında gizləndiyi təxmin edilir. Bu zamana qədər həmin ehtiyatların istifadəsinə buzlar və soyuq hava şəraiti imkan vermirdi. İndisə Şimali Buzlu okean qlobal istiləşməyə boyun əyir. Arktika dünyanın digər bölgələrindən 2 dəfə çox isinir və istismara uyğun hala gəlir. İstər Rusiyanın, istərsə də dünyanın digər şimal dövlətlərinin bu bölgəyə marağının əsasında bəlkə də bu amillər dayanır.

Dünya Neft Şurasının bir müddət əvvəl hazırladığı hesabat da Rusiyanın Arktikadakı bu canfəşanlığına tam işıq tutur. Hesabata görə, gələcək 15 il ərzində bölgə neftinin 55%-i Rusiyanın ixtiyarında olacaq. 2030-cu ildə Arktika neft hasilatı özünün ən pik nöqtəsinə çatacaq. Təxminlərə görə, Rusiya həmin il gündə 2.2 milyon barel neft istehsal edə biləcək. Bu da hazırda dünyanın ən böyük neft istehsal edən ölkələrindən sayılan İranın potensialı qədərdir.  

Bölgə neftindən aslan payını alacaq olan Rusiyayla yanaşı, Kanada, Norveç və ABŞ da Arktika neftindən “çörəkpulu”x9d çıxarmağı düşünür. Kanadanın  2030-cu ildə bölgədən 900 min, Norveçin 700 min, ABŞ isə 150 min barel neft çıxaracağı gözlənilir.

Maraqlıdır ki, 2030-cu ilə qədər dünyanın hazırda neft çıxaran əsas bölgələrində “qara qızıl”x9d da ya tükənəcək, ya da xeyli azalacaq. Bu da neft bazarında qiymətlərin yenə maksimum səviyyədə artmasına səbəb olacaq. Ümumiyyətlə, ekspertlər düşünürlər ki, ən uzağı, 2020-ci ildə neft yenə 100 dollardan baha satılacaq. Yəni, Arktika “qara qızıl”x9d hasilatının ən pik nöqtəsinə qalxacağı dövrdən düz 10 il qabaq dünya sənayesi ac ağzını açıb Şimali Buzlu okeandan gələcək yemini gözləyəcək.

Məsələyə bu aspektdən nəzər salanda ABŞ-ın son zamanlar neft qiymətlərini endirməkdə göstərdiyi canfəşanlığın əsl səbəbləri ortaya çıxır. Dünyanın super gücünün qarşısında sadəcə 5 il var. Bu 5 il ərzində Rusiyanı çökdürə bilməsə, neftin qiymətləri yenidən 100 dolların üzərinə çıxacaq və bu da onun əsas rəqibinin güclənməsinə səbəb olacaq. Daha 10 ildən sonra isə dünya neft və qazının əhəmiyyətli hissəsi ABŞ-ın deyil, Rusiyanın nəzarətinə keçəcək.

Amma ABŞ bu müddətə qədər Rusiyanı çökdürməyə nail olsa, təbii ki, Arktikadakı güc nisbətini də öz xeyrinə dəyişə bilər.(Strateq.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin