Avropada anomal istilərdən 1300-dən çox insan həyatını itirib - FOTO

Hazırda oxunan: Avropada anomal istilərdən 1300-dən çox insan həyatını itirib - FOTO

622073

Dünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Avropanı bürüyən anomal isti hava dalğasının ağır fəsadları barədə xəbərdarlıq edib. Baş direktor "X" sosial şəbəkəsindəki hesabında iyunun 21-dən bəri qitədə yüksək temperaturla bağlı 1300-dən çox  ölüm faktının qeydə alındığını bildirib.

Bizim.Media xəbər verir ki, ÜST rəhbəri Avropanın hazırda yer kürəsində ən sürətlə qızan qitə olduğunu və qlobal ortalamadan iki qat daha sürətlə istiləşdiyini vurğulayıb:
 

"Hazırda təxminən 150 milyon insan ekstremal isti hava şəraitində yaşayır. Yüzlərlə insan dünyasını dəyişib, məktəblər bağlanır, enerji şəbəkələri həddindən artıq yüklənməyə tab gətirə bilmir. İqlim dəyişikliyi və qlobal istiləşmə səbəbindən əvvəllər “nəsildə bir dəfə” baş verən anomal isti dalğaları artıq demək olar ki, hər il təkrarlanır. Bizə xəbərdarlıq edilmişdi".


T.Qebreyesus istilik stressini "səssiz qatil" adlandırıb. O qeyd edib ki, Avropadakı evlər, məktəblər və iş yerləri tarixi və infrastruktur baxımından bu cür yüksək temperaturlara dözmək üçün layihələndirilməyib.

ÜST rəhbəri Avropa ölkələrini əhalinin sağlamlığını qorumaq üçün təcili olaraq iqlimə uyğunlaşma siyasəti çərçivəsində xüsusi fəaliyyət planları hazırlamağa və tətbiq etməyə çağırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin