Yeni Kaledoniyada seçkilər: Fransanın tərkibində qalmaq istəyənlər çoxluq qazana bilmədilər

Hazırda oxunan: Yeni Kaledoniyada seçkilər: Fransanın tərkibində qalmaq istəyənlər çoxluq qazana bilmədilər

622072

Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada keçirilən regional parlament (Konqres) seçkilərində rəsmi Paris ilə əlaqələrin qorunub saxlanılmasını dəstəkləyən partiyalar liderlik etsələr də, mütləq çoxluğu əldə edə bilməyiblər. "Le Monde" qəzetinin yaydığı məlumata görə, müstəqillik əleyhdarları mühüm səs toplasalar da, qanunverici orqanda təkbaşına üstünlük qazanmaq hədəfindən uzaq qalıblar.

Bizim.Media xəbər verir ki, ilkin rəsmi fərziyyələrə və ilkin nəticələrə əsasən, Fransaya sadiqliyi ilə seçilən iki ən böyük loyalist blok 54 yerlik Konqresdə yalnız 24 mandat qazana bilib. Lakin qanunların qəbulu və hökumətin formalaşdırılması üçün mütləq çoxluq sayılan 28 mandat tələb olunurdu.
 

Mütləq çoxluğun olmamasına baxmayaraq, Paris ilə sıx əlaqələrin tərəfdarları olan loyalist qüvvələr parçalanmış və vahid mövqedən çıxış edə bilməyən müstəqillik tərəfdarları ilə müqayisədə daha əlverişli siyasi mövqedədirlər.


Ekspertlərin fikrincə, bu nəticə loyalistlərə arxipelaqın gələcək statusu ilə bağlı Parisdə keçiriləcək növbəti rəsmi danışıqlarda öz şərtlərini diktə etmək imkanı verəcək.

Qeyd edək ki, gərgin siyasi şəraitdə keçən seçkilərin yekun rəsmi nəticələrinin yaxın günlərdə elan olunacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin