Çin termonüvə sintezi layihəsi üçün dünyanın ən böyük yüksəkkeçirici maqnitini işə salıb. "South China Morning Post" nəşrinin yaydığı mənbələrə görə, bu qurğu "süni günəş" reaktorunun bir hissəsidir və təmiz enerji əldə edilməsi yolunda yeni beynəlxalq standart müəyyən edir.
Bizim.Media xəbər verir ki, termonüvə reaktoru üçün nəzərdə tutulan dünyanın ən böyük yüksəkkeçirici maqniti "CRAFT" layihəsi çərçivəsində yekun sınaqlardan uğurla keçib və səmərəlilik üzrə beynəlxalq standartları geridə qoyub.
Sözügedən maqnit, Fransanın cənubunda yerləşən Beynəlxalq Termonüvə Eksperimental Reaktorundakı (ITER) analoqundan həcminə görə 1.3 dəfə böyükdür, enerji ehtiyatına görə isə onu 3 dəfə üstələyir. Bu göstəricilər onu indiyə qədər qurulmuş ən böyük maqnit edir.
Layihənin əsas məqsədi temperaturu 100 milyon dərəcə selsidən çox olan miniatür bir günəş yaratmaq və elektrik enerjisi istehsal etmək üçün onu halqaşəkilli metal qəfəsin daxilində saxlamaqdan ibarətdir.

Bizim.Media





































































































