Rusiyada 5 Azərbaycan vətəndaşı - həbs edildi

Hazırda oxunan: Rusiyada 5 Azərbaycan vətəndaşı - həbs edildi

92107
Saxta sənədlərlə Rusiya paytaxtı Moskvadan Norilsk şəhərinə gedən 5 Azərbaycan vətəndaşı hava limanında saxlanılıb.
APA-nın Rusiya Nəqliyyat Nazirliyinin Sibir vilayəti üzrə idarəsinə istinadən verdiyi məlumata görə, onlar sənədlərin yoxlanılması zamanı "Xarici vətəndaşın Norilsk şəhəri və Taymır Dolqano-Nenetsk bələdiyyə rayonu ərazisinə girişinə razılıq" sənədi göstəriblər. Lakin sənədlər polisdə şübhə oyadıb. Ekspertlər sənədlərin saxta olduğunu təsdiq ediblər.

Saxta sənədin istifadəsinə görə Azərbaycan vətəndaşlarına qarşı cinayət işi başlanıb. Onları 80 min rubl (təxminən 1200 manat) dəyərində cərimə və ya 2 il müddətinə icbari iş, yaxud 3 ildən 6 aya kimi həbs cəzası gözləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin