Bu gün “Fars News” agentliyi dərc etdiyi şərh yazısında İslam Respublikasının ölkəyə qarşı hərbi variantın gündəmdən çıxarılması üçün nüvəyə nail olmasının zəruriliyini iddia edib.
Bizim.Media xəbər verir ki, məqalədə bildirilir ki, yeni dünya nizamına keçid dövründə İranın “lazım olan sülhə” nail olması üçün nüvə əldə etməsi vacibdir. Agentlik iddia edir ki, bu, digər mübahisələrin danışıqlar yolu ilə həllinə imkan yaradacaq.
“Fars”ın qeydinə görə, yalnız belə bir şəraitdə İranın danışıqlara “düzgün mövqedən” qoşulması mümkün olacaq.
Agentlik nüvə silahının İran, ABŞ və İsrail arasında güc balansı formalaşdıra və mümkün münaqişələrin miqyasını idarəolunan səviyyədə saxlaya biləcəyini irəli sürüb.
Bizim.Media

- A-
- A
- A+
Region
00:25 / 29.06.2026
Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”
Hazırda oxunan: Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”
Hazırda oxunan: Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”
622062
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































