Abşeronda iki evdə partlayış: ölən və yaralananlar var

Hazırda oxunan: AbÅŸeronda iki evdÉ™ partlayış: ölÉ™n vÉ™ yaralananlar var

38220

Azərbaycanın Abşeron rayonunda iki evdə partlayış olub, ölən və yaralananlar var.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, dekabrın 12-si saat 16 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Aşıq Ələsgər küçəsində yaşayan Həbib Qurbanovun evində təbii qazın sızmasından partlayış baş verib. H.Qurbanovun oğlu Cavid, qayınanası Səmayə və qohumu Nüşabə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Həmin gün Masazır qəsəbəsində təbii qaz sızmasından daha bir partlayış olub. Bu hadisə isə saat 03 radələrində Aşıq Ələsgər küçəsində yaşayan Mübariz Şərifovun evində qeydə alınıb. Orada kirayədə yaşayanlar – qəsəbə sakinləri Cavid Zəliyev, arvadı Nailə və oğlu Rüstəm yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Rüstəm Zeynalov aldığı xəsarətdən xəstəxanada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin