Elçin Behbudovun ofisi qarət olundu

Hazırda oxunan: Elçin Behbudovun ofisi qarət olundu

36544
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin ofisi qarət edilib. Komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun APA-ya verdiyi məlumata görə, hadisə ötən axşam baş verib. Hüquq müdafiəçisi qarət zamanı ofisdən qiymətli əşyalar oğurlandığını deyib: “Bizim İdman Sarayının arxasında yardımçı tikilidə yerləşən ofisimizdə qarət hadisəsi baş verib. Otaqdan DVD, kompüter, qiymətli əşyalar oğurlanıb. Otağın divarını sökərək içəriyə daxil olublar. Dəhlizdə televizor var. Onu da aparmaq istəyiblər, lakin apara bilməyiblər. Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun yağlı boya ilə çəkdiyi rəsmləri isə aparmayıblar. Bilsəydilər o çəkib, yəqin aparardılar”.

E. Behbudov hadisə barədə Səbail Rayon Polis İdarəsinə məlumat verdiyini bildirib: “Əməliyyat qrupu hadisə yerinə gəlir. Araşdırmalardan sonra ofisdən daha nələrin aparıldığı aydın olacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin