Bakıda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.
Bakı Şəhər Baş Polis İdarəsindən Moderator.az-a verilən məlumata görə, oktyabrın 3-ü saat 20:30 radələrində Heydər Əliyev prospektində Bakı şəhər sakini Əfqan Nuriyev idarə etdiyi «Kia» markalı avtomaşınla İsaxan Hacıyevi vurub. İ.Hacıyev xəsarətlə xəstəxanaya daxil olub və saat 21.30 radələrində orada dünyasını dəyişib.





































































































