Qəza siqnalı verən Rusiyanın sərnişin təyyarəsi tapıldı - VİDEO

Hazırda oxunan: Qəza siqnalı verən Rusiyanın sərnişin təyyarəsi tapıldı - VİDEO

619953

"Smartavia" aviaşirkətinə məxsus, Soçi-Arxangelsk reysini yerinə yetirən və Qara dəniz üzərində təhlükə siqnalı ötürən "Boeing 737-800" tipli sərnişin təyyarəsi bəzi iddiaların əksinə olaraq sağ-salamat yerə enib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Rosaviasiya" rəsmi məlumat yayıb.

"Göyərtəsində 189 nəfərin olduğu təyyarənin heyəti ilkin məlumatlara görə, yaranmış texniki nasazlıq səbəbindən uçuş hava limanına geri qayıtmaq qərarı verib və hava gəmisi Soçi aeroportuna uğurlu eniş edib", - deyə qurumun açıqlamasında bildirilir.

Xatırladaq ki, bundan əvvəl Rusiya teleqram kanalları təyyarənin göyərtədə fövqəladə vəziyyət mənasına gələn "7700" kodunu ötürdüyünü və qısa müddət sonra radarlardan itdiyini iddia etmişdi.

 

<iframe width="640" height="360" src="//player.bizim.media/?v=55287" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen seamless></iframe>

 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin