Zelenski G7 sammitində Tramp və Makronla mühüm görüş keçirdi - VİDEO

Hazırda oxunan: Zelenski G7 sammitində Tramp və Makronla mühüm görüş keçirdi - VİDEO

619951

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makronla növbəti danışıqlar aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı məlumat paylaşıb:

"Az öncə ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makronla söhbətimiz oldu. Bu, bir çox şeyi dəyişdirə biləcək mühüm koordinasiya xarakterli danışıq idi. G7 sammitindəki müzakirələrimizə yekun vurduq.

Ukraynaya göstərdiyi diqqətə və sülhün bərqərar olmasına kömək etmək istəyinə görə Prezident Trampa minnətdaram. Sammitin mükəmməl təşkilinə və dəyişməz olaraq səmərəli birgə fəaliyyətimizə görə Emmanuelə təşəkkür edirəm. Ukraynanın gücləndirilməsi, əməkdaşlığımız və diplomatik perspektivlər üzərində işləyirik. Sülh lazımdır. Biz isə sülhü yaxınlaşdırmaq üçün əlimizdən gələni edirik".

<iframe width="1013" height="570" src="//www.youtube.com/embed/J5wNMOLVnN0" title="Трамп, Макрон и Зеленский: договоренности &quot;Семерки&quot; ударят по РФ | Оперативные новости. Вечер" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin