Azərbaycanda daha 980 əkiz, 39 üçəm doğulub

Hazırda oxunan: Azərbaycanda daha 980 əkiz, 39 üçəm doğulub

619974

Bu ilin ilk dörd ayı ərzində 28 631 doğulan körpə qeydə alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,4-dən 8,5-ə düşüb.
 

Doğulan körpələrin 53,6 faizi oğlan uşaqları, 46,4 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 980-i əkiz, 39-u isə üçəm olub.


Bundan başqa, bu ilin yanvar-aprel aylarında ölkədə 21 277 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,1-dən 6,3-ə qədər artıb.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin