Vəzifəsinin artırılacağını bilə-bilə özünü öldürdü - Təfərrüat

Hazırda oxunan: Vəzifəsinin artırılacağını bilə-bilə özünü öldürdü - Təfərrüat

178422
Bir neçə gün əvvəl 30 yaşlı Elgün Əsədovun Xətai rayonu Telnov küçəsindəki çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü ataraq intihar etməsi hadisəsinin bəzi detalları üzə çıxıb.xa0

SOCAR-da geofizika mühəndisi kimi çalışan E.Əsədov hadisədən 3 gün sonra yüksək dərəcə verilməklə, daha yuxarı vəzifəyə təyin olunacaqmış. Bu barədə onun atasının da məlumatı olub və oğluna işinin dəyişdiriləcəyini deyib.

xa0
Lakin xeyli vaxtdır depressiyada olan Elgün bu xəbərdən sevinməyib. O, həyat yoldaşı və uşağını bəhanə ilə rayona yola salaraq intihar planı qurub. Hadisə baş verən gün isə Elgün Əsədov bacısı ilə telefonla danışıb və bacısı onun əhvalnın qaydasında olmadığını hiss edib. Bacısı dərhal onun Əhmədlidəki evinə gedib və söhbət etməyə çalışıb. Lakin Elgün fikrindən dönməyib və özünü 16-cı mərtəbədən atıb: “Mənlə danışmazdan bir neçə dəqiqə əvvəl atamla danışıb, deyib özümü öldürəcəm. Mənə də dedi, kimsə gəlsə, qapını açmayacam”x9d - deyə Elgünün bacısı hadisə günündən danışır.xa0
xa0Bildirilir ki, borcu olsa da, onun intiharına sırf psixoloji amillər səbəb olub.
xa0Ailə üzvləri bildiriblər ki, Elgün Əsədov həyatından şikayətlənirmiş, ölkədən çıxıb getmək istədiyini, ümumiyyətlə yaşamaq istəmədiyini deyirmiş.
xa0Qeyd edək ki, E.Əsədov Bakı Dövlət Universitetinin Geologiya Fakültəsinin məzunu olub.(xa0Lent.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin